<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Göylərdən gözləyin siz Rəbbinizi ,
 Məsih söz verib, qayıdacaq geri.
 Bizi Özü ilə Göyə götürəcək,
 Öz yanında O bizə yer verəcək.

[V2]
 Gözləyirik biz hər zaman Səni,
 Göydən buludlarla gəlişini.
 Məsihdə ölənlər hamı diriləcək,
 Onunla birlikdə Cənnətə gedəcək.

[V3]
 Çağırır yanına qardaşlarını,
 Siləcək hər kəsin göz yaşlarını.
 Olmayacaq Cənnətdə heç bir kədər
 Məsihdə dirilən Cənnətdə gəzər.

[V4]
 Oğlunu yerə göndərdi Tanrımız,
 Bilin ki, sağdır Xilaskarımız.
 Səni, məni çağırır O hər zaman,
 Gedək ardınca, dostum, hər zaman.

[V5]
 Qəbul et, dostum, bu gözəl xəbəri,
 At imansızlığı, qayıtma geri.
 Az qalıb axır zamanın günlərinə,
 Cavab ver Tanrının bu dəvətinə.</lyrics>
<title>Göylərdən gözləyin siz Rəbbinizi İL311</title>
<hymn_number>311</hymn_number>
</song>